Bazar ertəsi , Avqust 24 2026
azfa

İran rejimi həbs etdiyi Şiri qardaşlarını şərlədi; prokurorluğa aparıldılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Təbriz sakini azərbaycanlı milli-mədəni fəallar Əyyub və Davud Şiri qardaşlarını yenidən şərləyib mühakimə edir. Qardaşlar 100 milyon tümənlik mülki vəsiqə qərtarını imzalamaq üçün prokurorluğa aparıblar.

Azərbaycanlı qardaşlar iyunun 26-da ittiham irəli sürülmək üçün 16-cı istintaq bölməsinə aparılmışdılar. Onlara qarşı “Milli təhlükəsizliyi qarışdırmaq məqsədilə qanunsuz qrup yaratmaq”da ittiham ediliblər.

Qeyd edək ki,azərbaycanlı fəallar Davud və Əyyub Şiri qardaşları iyunun 12-də Məhkəmə Qərarlarının İcrası Şöbəsinə müraciət etdikdən sonra Təbrizin mərkəzi zindanına salınmışdılar.

Azərbaycanlı fəalların 6 aylıq həbs cəzalarını çəkmək üçün zindana salındığı bildirilir.

Hər iki azərbaycanlı qardaş rejimin Şərqi Azərbaycandakı Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum olunublar.

Davud və Əyyub Şiri qardaşları yanacaq qiymətlərinin kəskin artmasına görə başlayan 2019-cu ilin noyabr etirazlarında iştirak ittihamı ilə bir neçə azərbaycanlı fəalla birlikdə həbs olunmuşdular.

Hər iki fəal 100 gün müvəqqəti təcridxanada tsaxlandıqdan sonra 2020-ci il  fevralın 26-də 600 milyon tümənlik girov qarşılığında zaminə buraxılmışdılar.

Həmçinin yoxlayın

Trampdan “İranın tamamilə dağılması” ilə bağlı yeni xəbərdarlıq

GADTB: ABŞ Prezidenti Donald Trampın “Newsmax” telekanalının yaydığı xəbəri paylaşması İran İslam Respublikası Məclisinin sədri …

Azərbaycanın “Traxtur” komandasının tərəfdarı Əhəd Əlivənddən bir həftədir xəbər yoxdur

GADTB: Malikan şəhərindən olan, Azərbaycanın “Traxtur” komandasının tərəfdarı və sosial şəbəkələrdə məzmun istehsalçısı Əhəd Əlivəndin …