Cümə , Aprel 26 2024
azfa

Azərbaycanlı siyasi məhbus Salar Tahir Əfşar yenidən zindana qaytarılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya zindanından vəsiqə qarşılığında məzuniyyətə buraxılmış azərbaycanlı siyasi məhbus Salar Tahir Əfşar dünən məzuniyyət müddəti bitdikdən sonra yenidən zindana qaytarılıb.

Salar Tahir Əfşar iyunun 14-də 300 milyon tümənlik girov qarşılığında 5 gün müddətinə zindandan çıxmışdı. Məzuniyyət müddəti qurtaran siyasi məhbus yenidən zindana salınıb.

Qeyd edək ki, Tahir Əfşar aprelin 19-da atasının evində İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, bir il həbs cəzasını çəkmək üçün Urmiya həbsxanasına köçürülmüşdü.

Urmiya sakini olan türk fəal İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycana dəstək mitinqində həbs edilərək ilkin məhkəmə tərəfindən “Sistemə qarşı təbliğat aparmaq” və “Qanunsuz etiraz aksiyası təşkil etmək” ittihamlarından 4 il həbs cəzasına məhkum edilmişdi. Daha sonra Apellyasiya Məhkəməsi ona “Qanunsuz etiraz aksiyası təşkil etmək” ittihamından bəraət qazandıraraq, həbs cəzasını 1 ilə endirib.

Urmiya həbsxanasının gənclər bölməsində saxlanılan Əfşar keçən ay ailəsi ilə telefon danışığı zamanı həbsxananın karantin bölməsinə köçürüldüyünü bildrimişdi. O, mayın 19-da karantin bölməsinə köçürülərək bir həftə sonra təkrar gənclər bölməsinə geri qaytarılmışdı.

Həmçinin yoxlayın

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Avropa Parlamenti aprelin 23-də uyğur türklərinin məcburi əməyi …

Azərbaycanlı fəalın atası Cəbrayıl Pakrouh Təbrizdə rejimin İnqilab Məhkəməsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars molla rejim Təbriz şəhər sakini Cəbrail …