GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Türk Millətinin izini silmək məqsədilə Güney Azərbaycanda tarixi abidələrin dağıdılmasına çalışan İran rejimi Təbrizin Sırxab məhəlləsinə yerləşən və Qacar şahı Müzəffərəddin şahın yeznəsinə məxsus olan tarixi Sürxə binasının damında telekommunikasiya qülləsi yerləşdirib.
Bu qüllə iki mərtəbəli tarixi binanın görünüşünü pozmaqdan əlavə, tarixi abidənin dağılmasına səbəb olur. Eyni zamanda tarixi abidənin üzərində belə qüvvələrin yerləşdirilməsi qanunla da qadağandır.
Qeyd edək ki, həmin tarixi bina milli əsərlər siyahısında qeydiyyata alınıb və Qacar şahı Müzəffərəddin şahın yeznəsi Mirzə Mehdi Fərraşbaşına məxsus çox möhtəşəm binadır.