Cümə axşamı , Sentyabr 24 2026
azfa

İran rejimi Traxtur komandasını dağıdır; Traxtur Asiya çempionlar Liqasından imtina etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi göstərişi ilə Güney Azərbaycanın Traxtur Futbol Komandası tədrici şəkildə dağıdılmaqdadır. Ciddi böhranla qarşılaşan Traxtur komandası Asiya çempionlar Liqasından imtina etdi. Keçirilməyən oyuna görə Traxtur məğlub elan edilib.

Ərəbistanlı jurnalisti Nəvaf Ələsyəvinin yaydığına görə, Güney Azərbaycanın Traxtur Futbol Komandasının rəhbərliyinin Asiya Çempionlar Liqasının 1/8 finalında oyunları çərçivəsində Səudiyyə Ərəbistanın “Əl-Nəsr” komandası ilə keçirilməli olan görüşün təxirə salınması ilə bağlı müraciəti qəbul olunmayıb.

Traxtur komandasının rəhbərliyi AFC-ə məktubunda oyunçularının bir çoxunun zədəli olduğu və koronovirusa yoluxduğuna görə oyunun təxirə salınmasını və ya özünün oyundan kənara çəkilməsini tələb etmişdi.

Traxtur komandasının müraciəti qəbul edilmədiyi üçün Asiya Futbol Konfederasiyası keçirilməyən oyuna görə Təbriz komandasını məğlub elan edib. AFC-nin bildirdiyinə görə, nəticə 3-0 Əl-Nəsr komandasının xeyrinə yazılıb.

Asiya Futbol Konfederasiyasının baş katibi və sözçüsü isə Traxtur Klubunun onlara görüşün təxirə salınması ilə bağlı məktub göndərmədiyini bildirib.

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …