İran rejimi türkcə ada görə azərbaycanlı körpəyə doğum şəhadətnaməsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim valideynlərinin Ayıl adı verdiyi azərbaycanlı körpəyə türk dilində olan ada görə doğum haqqında şəhadətnamə vermir.

Ərdəbilli musiqiçi və milli fəal Səccad Colaninin qızı Ayılın doğulmasından 7 ay keçməsinə baxmayaraq valideynləri ona doğum haqqında şəhadətnamə ala bilmirlər.

Onlar öz övladlarına Azərbaycan türkcəsində qoyduqları adı rəsmiləşdirmək üçün dəfələrlə Ərdəbildə yerləşən rejimin Vətəndaş Vəziyyətinin Qeydiyyat İdarəsinə müraciət etsələr də övladlarına vəsiqə ala bilməyiblər.

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində valideynlərinin “Ayıl” adı seçdiyi qıza 7 aydır şəxsiyyət vəsiqəsi verməkdən imtina ediblər.

Köpənin atası azərbaycanlı milli-mədəni fəal Səccad Colani bununla bağlı ilk günlərdə Ərdəbilin Vətəndaş Vəziyyətinin Qeydiyyat İdarəsinin qarşısında çəkdiyi videoda bildirmişdir ki, idarənin məsulları ona Ayıl adına şəxsiyyət vəsiqəsi verilməsi üçün Tehrandan icazə verilməli olduğunu bildiriblər.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …