Çərşənbə , Aprel 24 2024
azfa

İran rejimi Vuqar Neməti erməni təcavüzünü pislədiyinə görə ikinci dəfə yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənipərəst İran rejiminin təhlükəsizlik qüvvələri Güney Azərbaycanın Kəleybər bölgəsində azərbaycanlı şair, yazıçı, jurnalist və milli fəal Vüqar Neməti oktyabrın 30-da yaxalayıb.

Qarabsağda Ermənistanın hücumu ilə başlanılan ikinci Qarabağ savaşından bəri bu ikinci dəfədir ki, antiislam İran rejimi Vuqar Neməti yaxalayıb.

Qeyd edək ki, azərbaycanlı fəal bir ay öncə Kəleybərdə ermənipərəst İran rejiminin ETTELAAT İdarəsinə çağırılmış və rejimin məmurları ifadə alınan zaman onu nalayiq ifadələrlə təhqir edib və hədələmişdilər.

Fəal Çıraq qəzetinin baş redaktoru, eləcə də eyni adlı “Telegram” kanalının adminidir. Vüqar Nemət, həmçinin 12 kitab və çoxsaylı məqalə müəllifidir.

Vüqar Nemət son günlər ərzində dəfələrlə Azərbaycan Respublikasının haqlı mövqeyini müdafiə edərək, Qarabağın azadlığı uğrunda Azərbaycan Respublikasının ordusunun sıralarına qoşulmağa hazır olduğunu bəyan edib.  Bu isə antiislam və ermənipərəst İran rejimini hiddətləndirib.

Oktyabrın 1-də Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən də Təbriz, Tehran, Qoşaçay, Xiyov, Urmiya, Zəncan və Ərdəbil şəhərlərində on minlərlə insanın iştirakı ilə İranın işğalçı Ermənistana silah göndərilməsinin dayandırılması məqsədilə və Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Ermənipərəst İran rejimi aksiyalarda 100-dən çox azərbaycanlı fəalı həbs edilib. Saxlanılanların bir çoxunun kimliyi hələlik açıqlanmayıb.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Molla rejimi Təbrizin Səhənd stadionuna qadınların girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin Səhənd stadionuna qadınların  girişinə …

Azərbaycan Prezidenti Ermənistanın silahlandırılmasından danışdı

GADTB: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Bu sözləri …

Bir cavab yazın