Cümə , Dekabr 27 2024
azfa

İran rejimi Xəzəri hərbiləşdirməyə çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Mashregh News” saytı yazır ki, İranın Hərbi Dəniz Qüvvələri öz donanmasına yeni esmines əlavə edərək və gəmilərinin hücum gücünü artıraraq, ölkənin milli maraqlarının qorunması istiqamətində yeni addımlar atır.

Son günlərdə Xəzər dənizində iki gün ərzində İranın Hərbi Dəniz Qüvvələri tərəfindən “davamlı təhlükəsizlik-1401 (2022)” adlı hərbi dəniz təlimi keçirilib. Təlimdə İran Hərbi Dəniz Qüvvələrinin müxtəlif yerüstü və uçuş birləşmələri, o cümlədən raket buraxılış sistemləri, helikopterlər, dənizdə yerləşən pilotsuz uçuş aparatları və elektron döyüş sistemləri, eləcə də Hərbi Dəniz Qüvvələrinin tüfəng və desant bölmələri iştirak edib və təlim keçirib.

Xəzər hövzəsi bir çox cəhətdən vacib əhəmiyyət daşıyır. Xəzər dənizi dünyanın ən böyük gölüdür və üç mühüm dünya regionunun, yəni Avropa, Qafqaz və İranın qovuşduğu yerdir. Digər tərəfdən, Xəzər dənizi böyük neft və qaz ehtiyatlarına malikdir və bəzi araşdırmalar burada neft ehtiyatlarının dünya neft resurslarının təxminən 25%-ni təşkil etdiyini təxmin edir.

Həmçinin yoxlayın

Azərbaycan parlament dünya azərbaycanlılarına müraciət edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Məclisi Dünya azərbaycanlılarına müraciət ünvanlayacaq. Bu, …

Türkiyəli investor: “Güney Azərbaycanın müstəqilliyi yaxınlaşır”

GADTB: Türkiyənin tanınmış iş adamı, “Martı” brendinin sahibi Oğuz Alper Ötkəm dünən “X” hesabında paylaşım …