Cümə , Sentyabr 25 2026
azfa

İran rejiminin həbs etdiyi azərbaycanlı jurnalistlərdən xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi Güney Azərbaycanın Kəleybər bölgəsindən olan iki azərbaycanlı jurnalist Əbülfəz Purhüseynqulu və Arəş Şadmənddən 15 gündür xəbər yoxdur.

Azərbaycanlı jurnalistlərin nədə ittiham olunduqları və harada saxlanıldıqları barədə də məlumat verilmir.

Kəleybərdən olan azərbaycanlı jurnalist və sosial media fəallı Əbülfəz Purhüseynqulu sentyabrın 29-da İranın rejiminin məmurları tərəfindən iş yerində yaxalanıb.

Azərbaycanlı incəsənət müəllimi, fotoqtaf Arəş Şadmənd isə sentyabrın 30-da İranın rejiminin məmurları tərəfindən yaxalanıb.

Hər iki azərbaycanlı fəalın Əhərdə rejimin Bəsic qüvvələrinə bağlı olan müəllimin 5 məktəbliyə təcavüz etməsi barədə xəbəri yaymaları ilə bağlı həbs olduğu ehtimal edilir.

Azərbaycanlı jurnalistlər bu barədə idarə etdikləri sosial media şəbəkəsində məlumat yayaraq cinayətkarın cəzalandırılmadığını ifşa etmişdilər.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …