Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İran səfiri İranın Zəngəzur dəhlizinə qarşı olduğuna etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Ermənistandakı səfiri Abbas Bədaşxan Zohuri Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyanla görüşündə deyib: “İran üçün kommunikasiyaların blokadadan çıxarılması kontekstində səslənən “Zəngəzur dəhlizi” bəyanatları qəbuledilməzdir”.

İranlı diplomatın Ermənistanın İranla həmsərhəd cənub bölgəsinə səfəri bir gün əvvəl baş tutub.

Zohurinin sözlərinə görə, İran tərəfi hesab edir ki, Ermənistan öz ərazi bütövlüyünü qorumalıdır.

İranlı diplomat Azərbaycan tərəfinin “Zəngəzur dəhlizi” ilə bağlı bəyanatlarının Tehranın maraqlarına “zidd olduğuna” eyham vurub.

Zəngəzur qubernatoru və Qafan meri cavab olaraq diplomata “dəhliz”lə bağlı tutduğu mövqeyə görə təşəkkür ediblər.

“Sizin nöqteyi-nəzəriniz vacibdir və yüksək qiymətləndirilir”, – Qukasyan bildirib.

Xatırladaq ki, Ermənistan və Azərbaycan hazırda Rusiyanın vasitəçiliyi ilə regionda kommunikasiyaların açılması məsələsini müzakirə edirlər. Rəsmi Bakı “Zəngəzur dəhlizi”nin vacibliyini önə sürüb, Naxçıvanı Azərbaycanın digər ərazisi ilə birləşdirəcək yolun açılmasını istəyir. Azərbaycan Zəngəzurdan yoxlamasız keçid məsələsinin reallaşmasını tələb edir. Ermənistan isə hələ ki buna razılıq vermir.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …