Şənbə , Oktyabr 24 2026
azfa

Terrorçu Sepah-ın narkotik bandalarının Avropada planlaşdırdığı 3 terror aktı ifşa olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın terrorçu Sepah-nın Qüds qüvvələri uyuşdurucu maddə qaçaqmalçılarından istifadə edərək Türkiyə, Almaniya və Fransada üç sui-qəsd əməliyyatı həyata keçirmək istəyib.

Qüds qüvvələrinin 840-cı alayının Avropa ölkələrindən birində saxlanılan üzvü terror aktlarına hazırlıq görmək üçün 150 min dollar aldığını etiraf edib. Həmin şəxs qətllərdən sonra 1 milyon dollar da alacağını söyləyib.

Diplomatik mənbələr anonimlik şərti ilə bu məlumatı “Iran International”a veriblər. Məlumata görə, İranın terror təşkilatının Qüds qanadının üzvü İstanbuldakı İsrail konsulluğunda çalışan İsrail vətəndaşını öldürmək əmri verildiyini etiraf edib.

Almaniyada yüksək rütbəli Amerika generalının və Fransada bir jurnalistin öldürülməsi Avropada planlaşdırılan üç terror missiyası olub. Sözügedən şəxs terror hücumlarını icra etmək üçün narkotik qaçaqmalçıları arasındakı əlaqələrindən istifadə etməyə çalışıb.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …