İran səfirinin müəmmalı Polad Həşimov “SEVGİSİ” – İran Gəncə hadisələrini niyə görmədi?

GADTB: İrana yaxınlığı ilə bilinən bir saytda bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Musəvinin milli qəhrəmanımız, şəhid general Polad Həşimovun evinə ziyarət etdiyini oxudum.

Biz azərbaycanlılar qonaqpərvər xalqıq və qapımıza gələn düşmənimizə belə sayqı göstərməyi bacarırıq.

Yadınızdadırsa, 44 günlük müharibədə ermənilər dəfələrlə Gəncəni bombalamışdı. Nəticədə, şəhərdə xeyli qoca, uşaq, yaşlı şəhid olmuşdu. Müharibə vaxtı Rusiya Ermənistana silah-sursatı İran vasitəsi ilə daşıyırdı.

Sosial şəbəkələrdə İran ərazisindən Ermənistana silah daşındığını sübut edən görüntülər də görmüşdük.

İranın Azərbaycan siyasətini hamımız bilirik, ancaq mən bunu təkrarlamaq istəmirəm. Bəli, İran İslam respublikasının Azərbaycandakı səfiri Abbas Musəvi şəhid general Polad Həşimovun ailəsini ziyarət edib. Açığı, mən cənab səfirin ziyarətinə qarşı deyiləm. Yuxarıda da yazdığım kimi, biz azərbaycanlılar üçün kimliyindən asılı olmayaraq qapımızı döyənə, qonaq olana hörmətimiz sonsuzdur. Ancaq mən cənab səfir Musəviyə iki məqamda etiraz etmək istəyirəm.

Hörmətli səfir, ermənilər Gəncəni bombalayanda xeyli sayda insan həlak olmuşdu. Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri Gəncəyə səfər edərək erməni vandalizmini yerində görmüşdü. Hətta xarici diplomatların arasında xristian dövlətlərin səfirləri də vardı.

Üstəlik, İsrailin Azərbaycandakı səfiri cənab Corc Dik də Gəncəni ziyarət edənlər arasında idi. Biz isə hörmətli İran səfiri Abbas Musəvinin hələ də Gəncəni ziyarət etdiyini görməmişik. Ola bilsin ki, cənab Abbas Musəvi icazəni öz ali dini rəhbəri Əli Xamneyidən almalıdır.

Digər tərəfdən, cənab səfir Polad Həşimovun ailəsinə “Qasım Süleymanı ordeni” təqdim edib. Mən başa düşmürəm, bu mövzunun Azərbaycan xalqına nə aidiyyatı var? Biz heç vaxt Qasım Süleymaninin Qarabağ müharibəsi, Azərbaycan şəhidləri haqqında bir fikrini oxumamışıq, eşitməmişik.

Əlbəttə, Azərbaycan torpaqlarının böyük hissəsinin işğaldan azad olunmasını İran dövləti heç vaxt qəbul edə bilmir. Biz 44 günlük müharibədə dostumuzu da, düşmənimizi də çox yaxşı tanıdıq.

Heç kim düşünməsin ki, mən İrana nifrət edirəm. Xeyr, bu, belə deyil. Lakin mənim üçün səfir Abbas Musəvinin Polad Həşimovun ailəsinə “Qasım Süleymanı ordeni” təqdim etməsi qəbuledilməzdir. Polad Həşimovun ailəsinin hüznündən istifadə etmək də heç yerinə düşmür.

Səfir Abbas Musəvinin yanında İran- Azərbaycan mədəniyyət mərkəzinin rəhbəri Ocaq Necad da var. Biz Ocaq Necadın adını müxtəlif qalmaqallarda eşidirik. Bundan başqa, ermənilər tərəfindən viran edilmiş Ağdam məscidində Ocaq Necadı da görmədik.

Xamneyinin Azərbaycandakı nümayəndəsi Ocaq Necad çox yaxşı bilirdi ki, Ağdam məscidində mənsub olduğu rejimin dostu olan ermənilər hətta donuz da saxlayırdılar…

Siyasi ekspert Kamal Əliyev/KAIM

Qeyd edək ki, İran səfiri yalançı erməni soyqırımının gerbini təqdim edib, xari bülbül gerbini yox

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …