Cümə , İyul 17 2026
azfa

İran Təbrizi Ermənistanla turizm əməkdaşlığı üçün əsas mərkəz seçir

GADTB: “Miras Arya” saytı xəbər verir ki, dünən İrəvanda İran–Ermənistan Birgə Turizm Texniki Komitəsinin beşinci iclası keçirilib.

Görüşdə İranın turizm nazirinin müavini Ənuşirəvan Mohseni Bəndpey iki ölkə arasında yeni turizm əməkdaşlığının qurulmasında texniki komitələrin həlledici rol oynadığını bildirib və bu iclası uzunmüddətli yol xəritəsinin hazırlanması üçün dönüş nöqtəsi kimi dəyərləndirib.

Toplantıda sərhəd əməkdaşlığının möhkəmləndirilməsi, səyahət prosedurlarının sadələşdirilməsi və birgə turizm marşrutlarının hazırlanması məsələləri müzakirə olunub. Tərəflər sərhədyanı bölgələrin imkanlarından istifadə etməklə birgə turizm paketlərinin hazırlanması, mədəni tədbirlərin təşkili, dini və mədəni irs turizmi üzrə xüsusi marşrutların yaradılması barədə razılığa gəliblər.

Məlumata görə, iclasın sonunda altıncı görüşün Təbriz şəhərində keçirilməsi təklif edilib. Ermənistan tərəfi bu təşəbbüsü ilkin olaraq müsbət qarşılayıb və məsələ gələn ilin iş planına salınıb.

Şərqi Azərbaycan əyalətinin mədəni irs, turizm və sənətkarlıq departamentinin rəhbəri Əhməd Həmzəzadə Təbrizin İran–Ermənistan turizm əməkdaşlığı üçün strateji mərkəz kimi formalaşdırılmasının vacibliyini vurğulayıb. O, bildirib ki, Təbriz dünya irsi obyektləri, turizm infrastrukturu, nəqliyyat imkanları və beynəlxalq tədbirlərin təşkili sahəsində geniş potensiala malikdir.

Həmzəzadənin sözlərinə görə, Təbriz şəhəri ikitərəfli turizm diplomatiyasının inkişafı, davamlı əlaqələrin qurulması və birgə layihələrin icrası üçün ideal platforma ola bilər./ Azad İran

Həmçinin yoxlayın

Böyük Britaniya: Sepaha dəstək və ya yardım 14 ilədək həbs, təxribat isə ömürlük həbs cəzası ilə nəticələnə bilər

GADTB: Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Sepahın daha əvvəl “Milli Təhlükəsizlik: Dövlət Təhdidləri” qanunu çərçivəsində …

Azərbaycan qırıcılarını havaya qaldırdı

GADTB: Azərbaycan Müdafiə Nazirinin təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava …