
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə İran mediası və televiziyasında Azərbaycana qarşı kin və nifrətinin davamı olaraq bu dəfə dövlət telekanallarının birində Azərbaycandan olduğunu iddia edən qadının iştirakı ilə Azərbaycana qarşı qərəzli proqram yayılıb.
Adının Yeganə Nağıyeva olduğunu iddia edən bir qadın dinə olan sevgisinə görə adını dəyişib Kövsər qoyduğunu, lakin bu səbəbdən ailəsi tərəfindən təzyiqlərə məruz qaldığını iddia edib.
İran hökumətinin göstərişi ilə əsassız çıxış edən qadın iddia edib ki, guya Azərbaycanda heç kəsin dinə sevgisi yoxdur. Guya 18 yaşına qədər ona heç kəs din, məzhəb barəsində məlumat verməyib. O, dəbdəbəli həyat yaşasa da, bəzən fərqlilik olsun deyə, yaxın qohumları ilə birlikdə oğurluq belə etdiyini deyib.
İran televiziyasında saxta göz yaşları və uydurma hekayələrlə çıxış edən bir şəxs Azərbaycan Cümhuriyyətində dinə və hicaba olan sevgisinə görə ailəsi tərəfindən işgəncələrə məruz qalmasından danışıb.
Qadının danışıq tərzi isə sosial media istifadəçilərinin diqqətini çəkib. Onlar bu iyrənc təbliğat kampaniyasına alət olan qadının azərbaycanlı olmasından şübhələniblər.