Çərşənbə , Oktyabr 14 2026
azfa

İranın nüvə proqramını dayandırmaq üçün hərbi hücumdan istifadə edilə bilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın nəzarətdən kənar sürətlə və çox miqdarda uran zənginləşdirməsi təhlükəli vəziyyət yaradıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi “The Telegraph” və “The Times” qəzetlərinin hesabatlarına istinad edərək, BMT Təhlükəsizlik Şurasının iclasında ilk dəfə olaraq İrana hərbi müdaxilənin mümkünlüyündən danışıb.

Qrossi rəsmi olaraq deyib: “İran uranın zənginləşdirilməsini dayandırma prosesinə başlamasa, BAEA-nın Rəhbərlər Şurası Tehranın nüvə proqramını dayandırmaq üçün istənilən üsuldan, eləcə də hərbi hücumdan istifadə edə bilər”.

Onun sözlərinə görə, İran 60% zənginləşdirilmiş uran ehtiyatlarını 275 kiloqrama çatdırıb. Qrossi qeyd edib ki, qeyri-nüvə ölkəsi olaraq İranın uranı bu qədər zənginləşdirməsi onu narahat edir.

O bildirib ki, heç bir qeyri-nüvə ölkəsi bu qədər uran zənginləşdirmir.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …