Şənbə , Oktyabr 17 2026
azfa

İran Ukraynanın işğalı üçün Xəzər dənizi ilə Rusiyaya silah-sursat göndərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “The Wall Street Journal” nəşri yazır ki, Rusiya gəmiləri Ukraynada döyüşən qoşunları silahla təmin etmək üçün Xəzər dənizindən çoxlu miqdarda İran artilleriya mərmisi və digər döyüş sursatları daşıyır.

Yaxın Şərq rəsmiləri bildiriblər ki, bu, Moskva və Tehran arasında əməkdaşlığı pozmağa cəhd edən ABŞ və onun müttəfiqləri üçün problem yaradır.

“The Wall Street Journal” nəşrinin araşdırmasına görə, son altı ayda yük gəmiləri İrandan Rusiyaya 300 mindən çox artilleriya mərmisi və bir milyon patron daşıyıb.

Qeyd edək ki, İran həmçinin Rusiyanı müxtəlif PUA-larla təmin etməklə Ukrayna əhalisinin qətliamında bir-başa iştirak edir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …