Çərşənbə , Oktyabr 28 2026
azfa

İran Yəmənin hava limanında terror aktı törətdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Yəmənin hava limanında terror aktı törətdi.

Yəmən SABA rəsmi informasiya agentliyinin məlumatına görə, bu barədə Yəmənin Baş naziri Muin Əbdülməlik açıqlama verib.

Baş nazir bildirib ki, hadisənin ilkin istintaqının nəticələri hücumun arxasında Husi qruplaşmasının olduğunu göstərir. Bundan əlavə, hücumun qanadlı raketlərlə gerçəkləşdirildiyi və hücuma yardım edən iranlı mütəxəssislərin olması istiqamətində kəşfiyyat və hərbi bilgilərin daxil olduğunu bildirib.

Qeyd edək ki, dekabrın 30-da Yəmənin yeni hökumət üzvlərinin Ədən hava limanına enişi zamanı 3 dəhşətli partlayış meydana gəlmişdi. Hadisədə 26 nəfər həlak olmuş, 100-dən çox insan yaralanmışdı.

Yəmən Daxili İşlər Nazirliyi və Birləşmiş Ərəb Əmirlikləri dəstəkli Cənubi Keçid Şurası hücuma görə İran dəstəkli Husiləri günahlandırır. Husilərin Siyasi Büro üzvü Məhəmməd əl-Buxayti isə iddiaları təkzib edir.

Həmçinin yoxlayın

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “İranla bağlı qərar verildi – Savaş an məsələsidir” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …