Bazar , Sentyabr 20 2026
azfa

İran zindanlarında həbsdə olan güneyli fəallarla bağlı hesabat yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Milli Hərəkatınının fəallarından olan Səyyad Məhəmmədian və Əlirza Əsədpur İran təhlükəsizlik qüvvələri tərəfindən həbs olunduqdan sonra ailələri və vəkillə görüşdən məhrum ediliblər.

Məlumata görə, son günlərdə bədnam Evin zindanında saxlanılan bir sıra fəallarının cinayət işi üzrə məhkəmə iclası keçirilib.

May ayında Evin həbsxanasında saxlanılan Azərbaycan Milli Hərəkatının bir sıra fəallarının işi üzrə məhkəmə iclası keçirilib.

Onların arasında Murtəza Pərvin, Tahir Nəqəvi, Aida Sədiqi, Fatimə Atəşi, Soheyla Əsgəri, Səid Camalzadə, Baqir Hacızadə, Kamal Nuri və Abdullah Vəhədi Tehran İnqilab Məhkəməsinin hakimi Sələvati tərəfindən 15-ci şöbədə irəli sürülən ittihamları müdafiə ediblər.

Bu fəalların məhkəmədəki ittihamları İranın daxili və xarici təhlükəsizliyinə zidd hərəkət etmək, casusluq etmək, İran İslam Respublikası əleyhinə təbliğat aparmaq və rəhbərliyi təhqir etməkdir. İstintaq prosesində milli fəallara casusluq və rəhbərliyi təhqir etmək ittihamları izah edilməyib və bu fəalların ittihamları məhkəməyə əlavə edilib.

Qeyd edək ki, Murtəza Pərvin, Tahir Nəqəvi, Aida Sədiqi, Fatimə Atəşi, Suheyla Əsğəri, Səid Camalzadə, Baqer Hacızadə, Kamal Nuri və Abdullah Vahedinin mayın 20-da məhkəmədə barələrində irəli sürülən ittihamlardan özlərini müdafiə etmək üçün iclas baş tutub.

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …