Şənbə , Sentyabr 19 2026
azfa

İrana gələn turistlərin sayı kəskin azalmaqdadır

GADTB: İranın mədəni irs, turizm və sənətkarlıq naziri Rza Salehi Əmiri bildirib ki, 12 günlük müharibədən sonra ölkəyə gələn xarici turistlərin sayı 75 faiz azalıb.

Nazirin sözlərinə görə, müharibədən sonrakı dövr üçün turizm sahəsi üzrə mütəxəssislər uzunmüddətli plan hazırlayıblar. Qarşıdakı 6 ay ərzində 10 milyon turistin ölkəyə cəlb olunması məqsədə qoyulub. Ancaq bunun reallaşması ölkənin və regionun təhlükəsizlik şəraitindən asılı olacaq.

Qeyd olunur ki, müharibədən sonra İran Xarici İşlər Nazirliyi turistlərin təkbaşına səyahətini qadağan edib, viza prosedurlarını isə xeyli sərtləşdirib. Yeni qaydalara əsasən, viza müraciətçiləri şəxsi sosial media hesabları daxil olmaqla geniş məlumat təqdim etməli, rəsmi turizm agentliyi ilə müqavilə bağlamalı, hotel rezervasiyası və tam səyahət marşrutu təqdim etməlidir. /Azad Iran

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …