İranda repressiyalar artıb

GADTB: Beynəlxalq Əfv Təşkilatı və Human Rights Watch bildirir ki, İsraillə baş verən toqquşmalardan sonra İran İslam Respublikasının hakimiyyət orqanları “milli təhlükəsizlik” bəhanəsi ilə dəhşətli repressiya dalğasına başlayıblar.

Beyənlxalq təşkilatların fikrincə, bu, dərin böhranın əlamətidir və İran hökumətinin təcili şəkildə beynəlxalq cinayət məsuliyyətinə cəlb edilməsinə ehtiyac var.

Yayılan bəyanatda deyilir: “İyunun 13-dən bu yana siyasi rəqiblər, hüquq müdafiəçiləri, jurnalistlər, sosial şəbəkə istifadəçiləri, etiraz aksiyaları qurbanlarının ailələri, xarici vətəndaşlar, əfqanlar, etnik azlıqların nümayəndələri, bəhai, xristian və yəhudi dininə mənsub olanlar da daxil olmaqla 20 mindən çox insan həbs edilib”.

Beynəlxalq Əfv Təşkilatı və Human Rights Watch İran rəsmilərinin həbs olunanların edam edilməsi barədə çağırışlarını təhlükəli adlandırıb, bunun yeni edam dalğasının başlanmasına zəmin ola biləcəyindən narahatlıqlarını ifadə ediblər.

Bəyanatda həmçinin deyilir: “Dövlət rəsmiləri və media orqanları həbs olunanların bəzini dərhal edam etməyə çağırıblar, bəziləri isə 1988-ci ildə siyasi məhbusların öldürülməsinin təkrarlanmasını açıq şəkildə təbliğ ediblər. Ən azı 9 nəfər siyasi ittihamlarla və ya İsrailə casusluq ittihamına görə edam edilib, ölüm cəzasının genişləndirilməsinə dair qanun layihəsi isə parlamentdə Keşikçilər Şurası tərəfindən təsdiqlənməyi gözləyir”.

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …