Bazar , Noyabr 29 2026
azfa

İranda etirazlar fonunda İsrail yüksək hazırlıq vəziyyətinə keçdi

GADTB: Bu gün “Reuters” xəbər agentliyi üç israilli mənbəyə istinadən bildirib ki, İranda hökumət əleyhinə son illərin ən genişmiqyaslı etirazları davam etdiyi və ABŞ-nin mümkün hərbi müdaxiləsi ehtimalı gündəmdə olduğu üçün İsrail  ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib.

Agentliyin məlumatına görə, son günlərdə keçirilən təhlükəsizlik toplantılarında iştirak edən mənbələr bu hazırlıq səviyyəsinin praktik detallarını açıqlamayıblar.

Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp son günlərdə dəfələrlə İrana müdaxilə ehtimalından danışıb və İran hakimiyyətini etirazçıların zorakılıqla yatırılmasından çəkinməyə çağırıb. /Azad İran

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …