Çərşənbə axşamı , Dekabr 24 2024
azfa

İranda həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsveç-İran vətəndaşı olan azərbaycanlı alim Əhmədrza Calalinin həyatı təhlükədədir. İran hökuməti onu hər an edam edə bilər.

Bununla bağlı Əhmədrza Calalinin Azadlıq Kampaniyası bəyanat yayıb.

Bəyanatda bildirilir ki, İran hökuməti onu 3133 gündür girov saxlayır və hər an həyatına son qoya bilər.

Kampaniya beynəlxalq təşkilatları, insan haqları fəallarını və İsveç dövlətini Əhmədrza Calalinin həyatını xilas etmək üçün İrana təzyiq göstərməyə çağırıb.

Qeyd edək ki, Əhmədrza Calali 2016-cı ilin aprel ayında Tehran və Şiraz Universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib. 2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi güneyli alimi “İsrailə casusluq” bəhanəsilə saxta ittihamla edam cəzası verib.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin ailəsinə təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin …

Əli hər yerdən üzülən Xamenei əhalini Süriyada üsyana çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əli Xamenei Türkiyənin xarici işlər naziri Hakan Fidanın …