Şənbə , Noyabr 14 2026
azfa

İranda SEPAH-ın gizli zindanı ifşa edildi

GADTB: İran İnsan Haqları Mərkəzi İsfahan əyalətinin Şahinşəhr şəhərində, Beheşt-e Əxəvan şirniyyat sənayesi müəssisəsinin yaxınlığında SEPAH-a bağlı gizli həbsxananın fəaliyyət göstərdiyini açıqlayıb.

Məlumata görə, bu zindan sənaye anbarı görüntüsü altında fəaliyyət göstərir və orada yüzlərlə məhbus çox ağır və qeyri-insani şəraitdə saxlanılır. Tikanlı məftillərlə əhatələnmiş ərazidə nə soyutma sistemi, nə havalandırma, nə də tibbi xidmət mövcuddur. Su və elektrik tez-tez kəsilir, qidalanma və dərman təminatı isə son dərəcə zəifdir.

Məhbuslar bəzən səhər saat 5-dən etibarən iş üçün aparılır və onlardan məcburi əmək şəraitində istifadə olunur. Həbsxana rəhbərliyi buranı sənədlərdə “məşğulluq müəssisəsi” kimi qeyd etsə də, burada nə iş yerləri yaradılıb, nə də peşə təhsili verilir.

İnsan Haqları Mərkəzi əlavə edib ki, məhkumlar azadlığa buraxılmır, bəzi hallarda isə cüzi səbəblərlə ölüm cəzası təhdidi ilə üzləşirlər. / Azad İran

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …