Çərşənbə , Oktyabr 14 2026
azfa

Elektrik çatışmazlığı Şərqi Azərbaycanda sənayeni iflic edir

GADTB: Son günlər elektrik enerjisi kəsintilələrinin artması səbəbindən Şərqi Azərbaycan əyalətinin sənayesi iflic vəziyyətinə düşüb.

Bunu Şərqi Azərbaycan əyalətinin Sənaye, Mədən və Ticarət Evinin rəhbəri Mehdi Əmini deyib.

“Elektrik Enerjisi Şirkətinə müraciət etdikdə, deyirlər ki, buna görə biz məsuliyyət daşımırıq, Tehran qərar verir. Əgər sizin qərar vermək səlahiyyətiniz yoxdursa istefa verin!”,- Əmini əlavə edib.

Elektrik enerjisi çatışmazlığı səbəbindən bir neçə istehsalat müəssisəsinin bağlandığını, çox sayda insanın işsiz qaldığını deyən Mehdi Əmini, vəziyyətin belə davam edəcəyi təqdirdə əyalətin iqtisadiyyatına ağır zərbə dəyəcəyi barədə xəbərdarlıq edib.

Həmçinin yoxlayın

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …