Cümə , Oktyabr 30 2026
azfa

İrandan Zəngəzura yük aparan maşın dərəyə aşdı, sürücü öldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrandan Zəngəzura yük aparan maşın dərəyə aşıb və maşının sürücüsü ölüb.

Yük maşınının Zəngəzurun Meğri şəhəri yaxınlığındakı Liçk kəndində dərəyə yuvarlandığı bildirilir.

Qəza günorta saatlarında, Meğri-İrəvan magistral yolunun 25-ci kilometrində baş verib.

Hadisə yerinə xilasedicilər yollanıb.

Bəlli olub ki, İrandan Ermənistana daxil olan qoşqulu yük maşını yolun hərəkət hissəsindən çıxaraq təxminən 500 metr hündürlükdən dərəyə düşüb. İran vətəndaşı olan sürücü hadisə yerində ölüb.

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …