İranın əlaltıları sosial şəbəkələrdə Azərbaycana qarşı kampaniyaya başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran fars rejiminin əlaltıları sosial şəbəkələrdə Azərbaycana qarşı çirkin təbliğat kampaniyaya başlayıb

İran fars rejiminin panfarsist qoluna bağlı şəxslər İranın Qafqazda yaranan güc boşluğundan istifadə edərək Naxcıvanın işğalı təklifini irəli sürüblər.

Əvvələr İran məclisinə namizədliyini verən və barmaq sayda səs topladığı üçün məclisə düşə bilməyən fars rejimin əlaltısı Təbriz sakini olan siyasi elmlər və dövlət idarəçiliyi üzrə fəlsəfə doktoru Rza Müəzzinzadə onunla eyni fikirdə olan şəxslər sosial şəbəkələrdə

#Naxçıvan_İran #Naxcıvanı_azad_edin

kimi təxribatçı və separatçı paylaşım ediblər.

Onlay yazıblar: “İran bölgədə yaranan fürsətdən (Rusiya-Ukrayna müharibəsi) və Qafqazda meydana gələn güc boşluğundan istifadə edə və xüsusi əməliyyat keçirərək Naxçıvan Muxtar Respublikasını uzun illər ana vətənindən (İran-red.) uzaq düşdükdən sonra sərgərdanlıqdan xilas edib vətənin qucağına qaytara və “xəyali pantürkçülük” dünyasını beşikdə boğa bilər”.

Qeyd edək ki, İranın Antiazərbaycan rejimi yetişdirdiyi yuxarıda qeyd edilən şəxslərlə hər zaman Azərbaycana qarşı təxribat və düşmənçiliyə davam etmişdir və bu gün də bu formada düşmənçiliyə davam edir.

Həmçinin yoxlayın

Yunanıstan Türkiyə inkişafda olan müdafiə gücündən qorxuya düşüb

GADTB: Yunanıstan mediası yazıb ki, Türkiyə modernləşdirilmiş F-16 donanması, “Tayfun” tədarükü, KAAN layihəsi və güclü …

Azırbaycanlı yazıçı və tədqiqatçı dünyasını dəyişib

GADTB: Yazıçı, jurnalist və tədqiqatçı “Sahir” Ədəbi Dərnəyinin üzvü Əhməd Əsgərpur (Peyam Sarablı) dünyasını dəyişib. …