İranın edam etmək istədiyi azərbaycanlı alimi müdafiə məqsədilə aclıq aksiyasına başlanıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın edam etmək istədiyi azərbaycanlı alim Əhmədrza Cəlalini müdafiə üçün aclıq aksiyasına başlanılıb.

Artıq Güney Azərbaycanın Kərəc şəhərində yerləşən rejimin zindanında həbsdə saxlanılan siyasi məhbus Fərhad Meysəmi aclıq aksiyasına başlayıb.

Meysəmi bununla bağlı məktub yazaraq İsveç vətəndaşı olan azərbaycanlı alim Əhmədrza Cəlalinin edam hökmünə etiraz etdiyini bildirib.

O, may ayında edam edilməsi gözləniləb Əhmədrza Cəlalinin edam hökmünün ləğv olunmadığı müddətcə aclıq aksiyana davam etdirəcəyini bildirib.

Beynəlxalq ictimaiyyətə və insan haqları təşkilatlarına müraciət edən Meysəmi edam hökmünün ləğv edilməsi üçün İran hakimiyyətinə təzyiq göstərmələrini istəyib.

Fərhad Meysəmi yazdığı məktubda deyilir: “Əhmədrza Cəlali bu gün yer üzündə ən müdafiəsiz insanlardan biridir. Onun öldürülməsinə imkan verməyin”.

Fərhad Meysəmi tanınmış mədəni fəallardandır və icbari hicaba etiraz etdiyi üçün İran rejimi tərəfindən 5 il müddətinə həbsə məhkum edilib və 2018-ci ilin avqust ayından həbsdədir.

Qeyd edək ki, Əhmədrza Calali İranda tibbi universitetində təhsilini başa vurduqdan sonra bir müddət Təbii Fəlakətlər Mərkəzində çalışıb və 2009-cu ildə təhsilini davam etdirmək üçün İsveçə gedib.

Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçikada da elmi-tədqiqat müəssisələrində də çalışıb.

2016-cı ilin may ayında Tehran Universitetinin dəvəti ilə İrana səfər edən Əhmədrza Cəlali təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq “İsrailin xeyrinə casusluq etmək” ittihamı ilə həbs olunub.

O 2017-ci ilin sentyabr ayında “düşmən dövlətin xeyrinə casusluq etmək yolu ilə Yer üzündə fəsad törətmək” ittihamı ilə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin qərarı ilə edam cəzasına məhkum olunub və Ali Məhkəmə iki ay sonra haqqında çıxarılan qərarı qüvvədə saxlayıb.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …