Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İranın ETTELAAT İdarəsi azərbaycanlı sənətçilərə anım mərasimi keçirməsinə mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin ETTELAAT İdarəsinin təzyiqləri nəticəsində azərbaycanlı elm və sənət adamları ustad Rəngrezi və ustad Binəzirfərin Təbriz şəhərində nəzərdə tutulan anım mərasimləri ləğv edilib.

Mərasimə sənətçilərin yaxınları və bir sıra sənətçi, şair, yazışı və ədəbiyyatçılar dəvət olunmuşlar.

Rejimin ETTELAAT İdarəsi davamlı telefon zəgi və hədə qorxu ilə iyunun 17-də azərbaycanlı ziyalıların şəxsi büdcəsi hesabına Təbrizdə keçirilməsi nəzərdə tutulan anım mərasiminin qarşısı alıb.

İranın ETTELAAT İdarəsi hətta mərasimi təşkil edən azərbaycxanlı ziyalılardan bəzilərini ETTELAAT İdarəsinə də çağırıb.

Qeyd edək ki, İran rejimi fars mədəniyyət xadimləri və sənətçilərinin anım mərasimləri və onların təbliğatı üçün böyük büdcə ayırsa da, Güney Azərbaycandan olan elm xadimləri və sənətçilərin anım mərasimi üçün kiçik bir mərasimə belə mane olur.

Həmçinin yoxlayın

Molla rejimi nüvə məsələsində mövqeyindən geri çəkilmədiyini bildirir

GADTB: İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, son hadisələrə və …

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …