Şənbə , İyul 19 2025
azfa

İranın həbs etdiyi azərbaycanlı fəal Mahmud Mahmudi 1 milyard tümənlik vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin həbs etdiyi azərbaycanlı fəal Mahmud Mahmudi (Ərkin Haray) 1 milyard tümənlik vəsiqə qarşılığında məhkəməyə qədər zaminə buraxılıb.

Azərbaycanlı fəalın yaxalanma səbəbi, onun nədə ittiham edildiyi və nə zaman zaminə buraxıldığı barədə dəqiq məlumat verilmir.

İranın ETTELAAT məmurları fəalı yaxalayandan sonra onun ailəsini hədələyib və yaxalanma barədə məlumat sızdırmamağa məcbur ediblər.

Bundan öncə isə AN.T kanalı Babək Qalası Qurultayı keçirilən zaman terrorçu Sepah-ın ETTELAAT-nın fəalı yaxaladığı barədə məlumat yaymışdı.

Həmçinin yoxlayın

Azərbaycanlı millət vəkili Güney Azərbaycana qarşı struktur ayrı-seçkiliyi tənqid edib

GADTB: Təbriz, Azərşəhr (Tufarqan) və Üskü şəhərlərinin İran parlamentindəki deputatı Əlirza Novin Pezeşkian hökumətinin iqtisadi …

Molla rejimi Səhər Məmizadəni Ərdəbildə həbs edib

GADTB: İrqçi fars-molla rejimin SEPAH məmurları Ərdəbildə azərbaycanlı mülki fəal Səhər Məmizadəni iyunun 18-də evinə …