İranın Nətənz atom təsisatında partlayış baş verdi; Kohen partlayışların davam edəcəyini dedi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Badrud bölgəsində Nətənz atom təsisatında partlayış baş verib. Partlayış baş verərkən isə Eidi Kohen partlayışların hələ davam edəcəyi ilə bağlı paylaşım edib.

Partlayış səsinin qısa olduğu və eyni zamanda səmada güclü işıq göründüyü bildirilir.

İran isə Nətənz təsisatını qorumaq məqsədilə hava hücumundan müdafiə raketini sınaqdan keçirdiyini iddia edib. İran Dövlət Televiziyası partlayışın “sınaq” məqsədli olduğu iddiasını təsdiq edib.

Lakin “Nəsim” xəbər ajansı yerli mənbələrə istinadən Nətənzdə partlayışın olduqca güclü olduğunu və partlayış dalğasının bəzi evlərə ziyan vurduğunu bildirib.

İranın Nətənz nüvə mərkəzinə yaxın kəndlər isə boşaldılıb. Nətənz atom təsisatına yaxın Cəfərabad və Şücaabad kəndləri rejimin qüvvələri tərəfindən gecə saatlarında zorla boşaldılıb.

Həmçinin yoxlayın

Albaniyanın əsasını qoyan türk tayfaları

GADTB: Ön Asiya ilə Şimali Qafqaz arasında, həm də Dağıstan xalqları ilə bilavasitə qonşuluqda yerləşdiyinə …

İsrail İranın terrorçulara verdiyi 3 PUA-nı vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail hakimiyyəti Aralıq dənizinin mübahisəli bölgəsində qaz qurğularından …