Cümə , Dekabr 27 2024
azfa

İranın qatil prezidenti İbrahim Rəisinin sanksiyalar siyahısına salınması təklif olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kanadada İranın qatil prezidenti İbrahim Rəisinin sanksiyalar siyahısına salınması təklif olunub. “Toronto Sun” qəzetinin köşə yazarı Tarıq Fəttah bu barədə Twitter hesabında məlumat verib.

“Kanadanın İcmalar Palatası dünən Ottava hökumətini İran prezidenti İbrahim Rəisinin adını sanksiyalar siyahısına salmağa çağırıb”, -deyə tvit paylaşımında yazılıb.

Çağırışda, habelə qeyd olunub: “Hökumətin insan haqlarının pozulmasına qarşı sanksiyalar tətbiq etmək səlahiyyəti var. İki il əvvəl “Raoul Wallenberg” İnsan Haqları Mərkəzi hədəfə alınacaq şəxslərin siyahısına prezident İbrahim Rəisi ilə yanaşı, məhkəmə hakimiyyətinin başçısının da adının daxil edilməsini tövsiyə etmişdi”.

“Prezident İbrahim Rəisi 1988-ci ildə 30.000-dən çox günahsız insanın qətliamında əsas rol oynayan şəxslərdən biri olub”, – deyə çağırışda vurğulanıb.

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …