Cümə axşamı , Avqust 18 2022
azfa

İranın raket və nüvə proqramları üçün qanunsuz şəkildə texnologiya alıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almaniyanın təhlükəsizlik mənbələrinin hesabatına görə, İran raket və nüvə proqramlarında istifadə olunacaq qanunsuz texnologiya almaqla nüvə razılaşmasının şərtlərini pozub.

Hesabatda bildirilir ki, İran qanunsuz şəkildə və 2015-ci il nüvə anlaşmasının müddəalarına zidd olaraq, İran əsilli Almaniya vətəndaşı vasitəsilə təxminən 1 milyon avro məbləğində texnologiya alıb.

Bu hesabat Vaşinqtonda yerləşən Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun 2021-ci ilin sentyabrında apardığı təhlilin düzgünlüyünü təsdiqləyir. Belə ki, həmin təhlildə Almaniya-İran vətəndaşı “Aleksandr J”nin adından bəhs olunur.

Sözügedən institutun araşdırma yazısında qeyd olunub ki, “Aleksandr J” ilə bağlı dosye İranın raket və nüvə proqramları üçün lazım olan maddələri əldə etmək məqsədilə ticarətə nəzarət qanunlarını və digər ölkələrin sanksiyalarını pozmaq üzrə davamlı səylər göstərdiyindən xəbər verir.

Həmçinin yoxlayın

İran diplomatı Azərbaycan Respublikasının işğalını İran strateji məqsədi olduğuna etiraf etdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda müxtəlif vəzifələrdə işləmiş İran diplomatı Əbülfəz Zöhrəvənd …

Ukrayna Rusiyanın 44300 hərbçisini məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim …