GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın terrorçu Sepah təşkilatına bağlı olan “Fars” xəbər agentliyi Qarabağın adını təhrif edərək “Artsax” yazıb.
Həmin İran saytı həmçinin Rusiya Müdafiə Nazirliyinin mövqeyini təbliğ edərək, Azərbaycan hərbçilərinin atəşkəsi pozduqlarını və “Artsax”da dinc sakini güllələdiklərini iddia edir.
Terrorçu Sepah-a bağlı saytda yazılıb: “Hadisə Azərbaycan Ordusunun sərhəddi pozaraq irəlilədiyi “Parux” (Fərrux) bölgəsində baş verib. Bir gün sonra Azərbaycanın “Bayraqdar” pilotsuz uçuş aparatı “Artsaxa” hücum edərək üç erməni hərbçisini öldürüb”.
Qeyd edək ki, İran rejimi və onun terrorçu Sepah təşkilatına aid media orqanları Azərbaycan və Türkiyəyə qarşı təhdid məzmunlu materiallar yayır və erməni işğalçılarını dəstəkləyirlər.