İraq ABŞ-ın sanksiyalarından sonra İran adlanan ölkə ilə bank əməliyyatlarını dayandırıb. Buna səbəb ABŞ Maliyyə Nazirliyinin İraqdakı müvafiq quruma İran bankları ilə əlaqələri dayandırmaq barədə çağırışın yer aldığı məktub göndərməsi olub.
Əks təqdirdə İraq tərəfindən bu əməliyyatı aparan banklar və onların sahiblərinin adı “qara siyahı”ya salınacaqdı.
İraq baş nazirinin müavini Məzhər Məhəmməd bildirib ki, sanksiyalar bank sektoru ilə yanaşı, enerji sektoruna da təsir göstərib. İraq hökuməti bu sahədə İrana alternativ olan mənbə axtarır.