Şənbə , Noyabr 14 2026
azfa

İraq SEPAH generalını “arzuolunmaz şəxs” elan etdi

GADTB: İraq hökuməti SEPAH-ın Qüds qanadının komandanı, general İsmayıl Qaanini arzuolunmaz şəxs (persona-non-grata) elan edib.

Bununla bağlı, Fransanın ərəbdilli “Monte Carlo Doualiya” nəşri xəbər verib.

Məlumata görə, qərar İran Xarici İşlər Nazirliyinə çatdırılıb. Habelə, İran rəsmilərinin İraqın Həşd-Şəbi və digər silahlı qruplaşmalarla görüşlərinin qadağan edildiyi bildirilir.

Qeyd olunub ki, bu addımlar İraqın baş naziri Əli əl-Zeydinin ABŞ-yə planlaşdırılan səfəri ərəfəsində atılıb. Nəşrin məlumatına görə, Bağdad Vaşinqtonla iri həcmli hərbi və iqtisadi sazişlər imzalamağı nəzərdən keçirir./ Azad İran

Həmçinin yoxlayın

Mossad rəhbəri İran rejimi ilə müharibə məsələsini müzakirə etmək üçün Vaşinqtona gedib

GADTB: Mossad rəhbəri Roman Qofman cümə günü İran rejimi ilə müharibə barədə ABŞ-ın yüksək vəzifəli …

Rubio: İran nüvə silahı hazırlamaq üçün bütün işləri görür və nüvə silaahı istəmədiyini iddia edir

GADTB: ABŞ-ın dövlət katibi Marko Rubio İran İslam Respublikası rejiminin nüvə silahı əldə etməyə çalışdığını …