Çərşənbə , İyul 29 2026
azfa

Azərbaycanlı ekoloq Urmiya gölü su hövzəsində yeni bənd inşası barədə xəbərdarlıq edir

GADTB: Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı və Təbii Sərvətlərin Tədqiqat və Təlim Mərkəzinin rəhbəri, tanınmış ekoloq Əhməd Bayburdi Urmiya gölü su hövzəsində yeni bənd inşası barədə xəbərdarlıq edir. O bu məsələ ilə bağlı paylaşım edib:

“Urmiya gölü ətrafında yeni bəndlərin inşasını müdafiə edənlər gölün məhv olmasına görə məsuliyyət daşıyırlar. Acı həqiqət bundan ibarətir ki, gölə axan çaylar üzərində bəndlərin qurulması ekoloji problemin dərinləşməsinə birbaşa təsir göstərib”.

Qeyd edək ki, Qərbi Azərbaycan əyalətinin Urmiya gölü su hövzəsində yeni su anbarının inşa olunması yenidən gündəmə gəlib.

Urmiya gölünün əsas su təminatçılarından olan Baranduz çayı üzərində yeni bəndin inşası barədə məsələni Urmiya şəhərinin İran parlamentindəki nümayəndəsi Seyyid Salman Zakir qaldırıb.

O, bunun bölgədə əkinçilik üçün vacib olduğunu və inşa işlərinin təcili başladılmasını tələb edib.

Ətraf mühit fəalları və mütəxəssislər isə yeni bəndin inşa ediləcəyi təqdirdə Urmiya gölünün dahada acınacaqlı vəziyyətə düşəcəyini, bərpasının mümkün olmayacağını bildiriblər.

Mütəxəssislər hesab edirlər ki, Baranduzçay isti mövsümdə gölə tökülən həyati əhəmiyyətli və axarlı çaylardan biridir və üzərində bəndin tikilməsi gölün bərpa prosesinə ölümcül zərbə vuracaq.

Həmçinin yoxlayın

The Times: “ABŞ və İsrail İranın yeni ali rəhbəri Müctəba Xameneyinin axtarışı üzrə məxfi əməliyyat aparırlar”

GADTB: Kəşfiyyatın məqsədi aradan götürmək deyil, onun sağ olduğunu təsdiqləmək, yerini müəyyənləşdirmək və sağlıq durumunu …

Əhmədrza Cəlalinin azadlığa buraxılması istiqamətində səylər davam edir

GADTB: İsveç Xarici İşlər Nazirliyi farsdilli media orqanlarından birinə cavabında İranda edam cəzasına məhkum edilmiş …