İraq və Suriyada çoxsaylı PKK terrorçusu məhv edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə qırıcıları İraqın şimalındakı Qandil bölgəsində PKK terror təşkilatının mövqelərini hədəf alıb.

Türkiyə Milli Müdafiə Nazirliyi məlumatında bildirilir ki, “Əməliyyat çərçivəsində 18 terrorçu zərərsizləşdirilib”.

Həçinin Suriyada “Sülh çeşməsi” əməliyyatı bölgəsinə sızmağa cəhd edən terror təşkilatı PKK/YPG üzvü 4 terrorçu zərərsizləşdirilib.

Türkiyənin Milli Müdafiə Nazirliyi bununla bağlı açıqlama yayıb.

Nazirliyin “twitter” hesabında yer alan açıqlamada bildirilib:

“Terror təşkilatı PKK/YPG-nin “Sülh çeşməsi” bölgəsindəki sülh və təhlükəsizlik atmosferini pozmaq cəhdinin qarşısı qəhrəman komandirlərimiz tərəfindən alındı. Uğurlu bir əməliyyatla hədəflərinə nail olmadan 4 PKK/YPG terrorçusu zərərsizləşdirildi”.

Həmçinin yoxlayın

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato Güney Azərbaycanla bağlı hesabat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May …

Molla rejimin qüvvələri azərbaycanlı xanım fəalın evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurları bu gün səhər saatlarında Təbrizdə …

Bir cavab yazın