Bazar ertəsi , İyun 17 2024
azfa

İrqçi fars-molla rejimi ən çətin anında da Azərbaycanla düşmənçilik etməyi unutmur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminə qarşı etirazların güclü şəkildə davam etdiyi vaxtda belə rejim hər vəchlə Azərbaycana qarşı düşmənçiliyə davam edir.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqiri İran silahlı qüvvələrinin xüsusi paradı zamanı deyib: “Biz sərhədin güc və müharibə yolu ilə dəyişdirilməsinə dözməyəcəyik.”

Eyni zamanda İran məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası Cənubi Qafqaz regionunda baş verən son hadisələrlə bağlı bəyanat yayıb.

Azərbaycana qarşı yayılan bəyanatda deyilir: “Azərbaycana və Ermənistana problemlərini dialoq yolu ilə həll etməyi məsləhət görürük. İran İslam Respublikası region ölkələrini mehriban qonşuluğa riayət etməyə çağırır. Aydındır ki, İran, beynəlxalq sionizmin və NATO-nun regionda geosiyasi təxribat planları çərçivəsində həyata keçirdiyi fitnələrə qarşı lazımi, qəti və vaxtında reaksiya verəcək. Davamlı sülh və təhlükəsizliyi pozan illüziyalı tarixi xəyallar və ambisiyalar regionun tarixi reallığından və geosiyasi tələblərindən uzaqdır. Beynəlxalq səviyyədə tanınmış sərhədlərin və ölkələrin ərazi bütövlüyünün qorunması qaçılmaz zərurətdir və onun hər hansı bir şəkildə pozulması beynəlxalq hüququn prinsiplərinə ziddir və yolverilməzdir”.

Həmçinin yoxlayın

İrəvandan Kərki kəndini qaytaracağı ilə bağlı işarə

Hökumət “artsax” sakinlərinin (Qarabağı tərk etmiş ermənilər – red.) ev tikməsi və ya alması üçün …

Molla rejimi türkcə kitab nəşrinə icazə verməyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin İrşad və Mədəniyyət Nazirliyi Azərbaycan …