GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT məmurları dünən Təbrizdə azərbaycanlı fəalları həbs edib.
Sentyabrın 13-də rejimin məmurları azərbaycanlı milli-mədəni fəallar Əli Babai, Davud Şiri, Araz İbrahimnəjad, Əmir Hüseyn Ağai, Seyid Rza Müvəhhid və Cavad Sudbəri həbs edərək naməlum yerə aparılıblar.
Bundan öncədə bir neçə dəfə həbs edilən fəalların həbs səbəbləri və ittihamları barədə ailələrinə açıqlama verilməyib.
Azərbaycanlı fəalların 2022-ci il sentyabrın 17-dən İranda başlayan ümumi etiraz aksiyalarının ildönümündə gözləmnilən yeni etiraz daığası ilə bağlı həbs edildikləri ehtimal edilir.
Azərbaycanlı fəalları molla rejimin ETTELAAT İdarəsinin məmurları yaxalayıblar. Fəalların yaxalayan rejimin ETTELAAT məmurlarından ikisinin kimliyi məlum olub. Onlardan birin Cəlil Bədri, digərinin isə ETTELAAT-da azərbaycanlı fəalları dindirən Səid adlı rejimin məmurlarını müəyyənləşdirmək mümkün olub.