Bazar ertəsi , Fevral 9 2026
azfa

İrqçi fars rejim Əlirza Moinian barəsində çıxardığı həbs qərarını icra edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı və irqçi fars rejim azərbaycanlı fəal Əlirza Moinian barəsində çıxardığı həbs qərarını icra edir.

Azərbaycanlı fəal 2017-ci ilin dekabr və 2018-ci ilin yanvar aylarında kütləvi etirazlar zamanı yaxalanılıb, sonralar müvəqqəti zaminə buraxılmışdır.

Hazırda azərbaycanlı fəal barəsində çıxarılan həbs qərarı rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin Hökmləri İcra Edən Şöbəsinə göndərilib.

Təbriz şəhərində keçirilən etiraz aksiyasında yaxalanan azərbaycanlı mədəni fəal Əlirza Moinian rejimin Təbriz şəhərində yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 8 ay azadlıqdan məhrum edilib.

Hakim Əhrarinin çıxardığı hökmə əsasən təbrizli fəal “sistemin əleyhinə təbliğat aparmaq” və “qanunsuz yığıncaqlara qatılmaq”da ittiham olunub.

Hazırda rejim azərbaycanlı fəal barədə çıxardığı hökm icra edərək fəalı zindana salır.

 

Həmçinin yoxlayın

İsrail ABŞ-ni İrana qarşı birtərəfli hücumlara hazır olduğu barədə xəbərdar etdi

GADTB: İsrail müdafiə rəsmiləri ABŞ-ni xəbərdar edib ki, ölkə lazım gələrsə, İrana qarşı birtərəfli hərəkətə …

İran PJAK üzvlərini həbs etdiyini bildirir

GADTB: İran hakimiyyəti İran kürd hərbi-siyasi təşkilatı PJAK-ın 11 üzvü olduğu iddia edilən şəxsi təxribat …

Bir cavab yazın