Bazar , Sentyabr 27 2026
azfa

İrqçi fars rejim ABŞ-la hərbi toqquşmalar ola biləcəyini düşünür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranla ABŞ müharibəsi qaçılmaz deyil. Bəzi insidentlər hərbi konfliktə çıxara bilər.

Bunu “İndependent” qəzetinə müsahibəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. Onun sözlərinə görə, insidentlər Fars körfəzi və Hörmüz boğazında yaşana bilər.

“2016-cı ildə ABŞ gəmilərinin İran tərəfindən saxlanılması zamanı ABŞ-ın keçmiş dövlət katibi Con Kerri ilə olan birbaşa kontaktımdan sonra iki ölkə arasında toqquşmadan qaçmaq mümkün oldu. Hazırda isə ölkələr arasında bu tip kontaktlar yoxdu”, – Zərif bildirib.

Qeyd edək ki, irqçi fars rejim ABŞ və İsrailə lovğalanaraq, hədə-qorxu gəlsə də, Suriyada onlarla İran bazasını bombalayan İsrailə əməldə heç bir cavab addım ata bilməyib.

Həmçinin yoxlayın

Qəşqay türklərinin müğənnisi və sənətçisi Məsud Mehdi Ələmdarlu vəfat edib

GADTB: Baydaqın yazdığına görə, tanınmış qəşqay türk müğənnisi və sənətçisi, Qəşqay mədəniyyət və incəsənətinin tanınmış …

Türkiyədə “Urmiya bulvarı” istifadəyə verilib- Video

GADTB: Qardaşlaşmış şəhərlər müqaviləsi və şəhərsalma əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində Türkiyənin Şanlıurfa şəhərində iki şəhər rəsmilərinin …

Bir cavab yazın