Cümə , Sentyabr 20 2024
azfa

İrqçi fars rejim azərbaycanlı fəal Əli Əzizini 6 il həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Əli Əzizini şərləyərək 6 il həbsə məhkum etdi.

Rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 3-cü şöbəsi fəalı 6 il həbsə məhkum edib.

Qərar rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 3-cü şəbəsinin rəisi hakim Fəthnəjad tərəfindən çıxarılıb və şifahi şəkildə Əli Əzizinin vəkili Əsgər Məhəmmədiyə bildirilib. Hakimin bildirdiyinə görə, Əli Əzizi “Sistem əleyhinə təbliqat” ittihamına ilə 1 il, “Qanunsuz təşkilata (GAMAC) üzv olmaq” ittihamı ilə isə 5 il həbsə məhkum edilib.

Qeyd edək ki, irqçi fars rejimin təhlükəsizlik qüvvələri yenidən fevralın 23-də Əli Əzizinin ata evinə hücum edərək fəalı yaxalamış və ona qarşı rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 16-cı şöbəsində “Sistemin əleyhinə təbliğat aparmaq və GAMAC-a üzv olmaq”da ittiham edilmişdir.

Əli Əzizi koronavirus təhlükəsi səbəbindən martın 25-də 500 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılması üçün qərar verilmiş, lakin, sonradan mülki vəsiqənin məbləği 650 milyon tümənə qaldırılmışdır.

Həmçinin yoxlayın

”Bayraktar Kızılelma” növbəti uçuşunu uğurla həyata keçirdi

GADTB: ”Bayraktar Kızılelma”nın üçüncü prototipinin sınaqları davam edir. “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar pilotsuz …

Milla rejimi İrəvanda ilk xarici ticarət mərkəzini açır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 1-də Ermənistanın paytaxtı İrəvanda İranın xaricdəki ilk …

Bir cavab yazın