Çərşənbə , Oktyabr 21 2026
azfa

Türkiyə dağıdıcı fəaliyyətlərinə görə Yunanıstana xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Yunanıstan Egey və Aralıq dənizinin şərq hissəsində gərginliyi artıran və təxribat xarakterli addımlar atmaqda davam edir.

Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

“Buna son olaraq Yunanıstanın NOTAM vasitəsilə verdiyi elanı misal göstərmək olar. Afina silahsızlaşdırılmış adalar da daxil olmaqla, 15 təlim sahəsi elan edib. Eyni zamanda, Egey dənizi və Aralıq dənizinin bir hissəsində 2021-ci il 4 yanvar – 26 fevral tarixləri arasında təlimlər keçirəcək. Bütün bunlar bölgədə gərginliyi yaradan və təxribat xarakterli addımlardır. Türkiyə olaraq bir daha Yunanıstanı sağlam düşüncə və mehriban qonşuluq münasibətləri çərçivəsində bölgədə həm sülhün, həm də sabitliyin möhkəmləndirilməsində göstərdiyimiz səylərə töhfə verməyə dəvət edirik”, – XİN rəsmisi bildirib.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın