Şənbə , May 25 2024
azfa

İrqçi fars rejim azərbaycanlı fəal Qulam Quluzadəni 5 il həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Qulaməli Hüseynquluzadə 5 il həbs cəzasına məhkum edib. Rejimin məhkəməsinin bu barədə qərarı azərbaycanlı fəala sentyabrın 29-da keçirilmiş məhkəmədə elan edilib.

Rejimin Urmiyada yerləşən İnqilab Məhkəməsinin 3-cü şöbəsinın çıxardığı ittihamnaməyə əsasən, azərbaycanlı fəal “dövlət əleyhinə fəaliyyət göstərən qruplaşmalarda üzvlük”də ittiham edilib. Rejim beləliklə azərbaycanlı fəalı şərləmiş və saxta ittihamlarla onu həbsə məhkum edib.

İttihamnadə rejimin tapşırığı əsasında yazılıb ki, Cinayət Məcəlləsinin 449-cu maddəsinə əsasən, azərbaycanlı fəalın “günahı sübuta yetirilib” və 5 il həbs cəzasına məhkum edildilib. Həmçinin onun saxlandığı müddət həbs cəzasından çıxılacaq.

İttihamnamədə həmçinin qeyd edilib ki, Qulam Quluzadəyə məxsus 2 ədəd professional kamera və səsyazan qurğusunun peykdən yayınlanan GünAz TV ilə əlaqə saxlamaq və bununla da ölkə xəbərlərini, eləcə də təhlükəsizliklə bağlı məlumatları kanala yollamaq üçün istifadə etdiyinə üçün 215 maddəyə əsasən, cinayət aləti kimi qəbul edilib və dövlətin xeyrinə müsadirə edilib”.

Qeyd edək ki, Qulam Quluzadə 2018-ci ilin iyul ayının 5-də, Babək Qalası Qurultayında irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdı. Yaxalanan zaman fəal rejimin məmurları tərəfindən möhkəm döyülmüş və bir gün xəstəxanada müalicə aldıqdan sonra Urmiyanın Mərkəzi Həbsxanasına köçürülmüşdü.

Fəal 25 gündən sonra mülki vəsiqə ilə cinayət işinin tamamlanması və məhkəmənin keçirilməsinə qədər zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun sayın Ersin Tatarı qarşılama mərasimində-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Quzey Qıbrıs Türk Cumhuriyyətinin Cumhurbaşqanı sayın …

Sayın Mikayil bəy Oytadan Quzey Qıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı sayın Ərsin Tatara məktub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr …

Bir cavab yazın