GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Tvitter hesabında İngiltərə tərəfindən Cəbəllütariqdə 6 həftə saxlanıldıqdan sonra sərbəst buraxılan İranın “Adrian Dərya 1” tankerinin Suriya limanında olmasını göstərən şəkil paylaşıb.
Bolton gəminin Tartus dəniz bazasının yaxınlığında olduğunu göstərən və peykdən çəkilən fotonu paylaşaraq, “Tankerin Suriyaya getmədiyini deyənlər çaşqınlıq içərisindədir” sözlərini qeyd edib.