Bazar ertəsi , Noyabr 23 2026
azfa

İrqçi fars rejim hər vasitə ilə ABŞ-ı hücumdan çəkindirməyə çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim hər vasitə ilə ABŞ-ı hücumdan çəkindirməyə çalışır. Bu istiqamətdə bəzən ABŞ-ı hədələyir, bəzən də müharibənin qalibinin olmayacağını iddia edir.

Rejimin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Haşmətullah Fəlahətpişə sosial şəbəkə hesabında qeyd edib ki,  ABŞ-la müharibənin qalibi olmayacaq. O, sözügedən mesajın ABŞ tərəfinə çatdırıldığını söyləyib:

“İranla savaşın qalibi olmayacaq, ancaq itirəni çox olacaq. Vasitəçilər bu mesajı ABŞ hökumətinə çatdırıb, lakin psixoloji atmosferdə fitnə yaratmaq cəhdləri davam edir. Buna qarşılıq fərasətə söykənən diplomatiyanın yeri hələ də boşdur”.

Həmçinin yoxlayın

Azərbaycanlı fəalların etiraz dalğası qarşısında İran mediası geri çəkildi

GADTB: Azərbaycanlı fəalların etirazlarından sonra İran televiziyası geri addım atmağa məcbur olub və Xəzər dənizinin …

Abbas Lisani və Yusif Kari təhlükəsizlik təzyiqləri qarşısında: “Milli mübarizəyə inam və əqidəmizdən bir addım belə geri çəkilməyəcəyik”

GADTB: Azərbaycanlı fəallar Abbas Lisani və Yusif Kari Evin həbsxanasında saxlanılmalarının ikinci ilinə daxil olublar. …

Bir cavab yazın