GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejim İsrailin zərbələrindən qəzəblənib hədə-qorxuya başladı.
Rejimin Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani deyib ki, əgər İsrail Suriyadakı İran obyektlərini vurmağa davam edərsə, bu, hərbi münaqişəyə səbəb olacaq. “Əgər hücumlar davam edərsə, biz cinayətkara dərs verəcəyik”.
Şamxani İranın İsrailə cavabının qəti olacağını iddia edib. Xatırladaq ki, son zamanlar İsrail Suriyadakı İran hərbi obyektlərinə hava zərbələri endirib.