Şərqi Türküstan türklərinə qarşı dəhşətlər ABŞ mediyasında-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çini işğal etdiyi Sincan vilayətində (Şərqi Türküstan) 10 milyon uyğur yaşayır. BMT-nin verdiyi məlumata görə, bir milyondan çox uyğur Çin hökümətinin repressiyalarına məruz qalaraq saxlanma mərkəzlərindədir. Rəsmi Pekin bu mərkəzləri “yenidən təhsil mərkəzləri” adlandırır və istənilən insan haqları pozuntusu hallarını rədd edir. Lakin saxlanma məntəqəsindən ABŞ-a qədər gələn uyğur qadının da təsdiqlədiyi kimi qanun pozuntuları halları barədə məlumatlar hələ də var.

Bu qadın öz uşaqları ilə Virciniya ştatının Feyrfəks şəhərində yaşayır. Paytaxt Vaşinqtonun kənarında yerləşən bu şəhər onun bir zamanlar ölüm və ya ömürlük həbs kimi qaşılaşdığı yerlərdən minlərlə kilometr uzaqdır.

“Heç zaman ABŞ-a gələcəyimi düşünə bilməzdim, Misirə gətsəm ən azından təhlükəsizlikdə olacağımı düşünürdüm”, Mihrigül Dursun sabiq düşərgə məhbusu.

Sincanda Uyğur müsəlman ailəsində anadan olan Mihrigül Dursunun arzuları olub. O, TV reklamları modeli olub, sonradan Çində bir sıra müsəlman ölkələrinə səfər etmək imkanı verən ixracat firmasına işə düzəlib. Sonradan o, işi tərk edərək, Misir universitetinə qəbul olub, ailə qurub və üçəm övladları olub. 2015-ci ildə o, anasını görmək üçün evə dönüb, onun problemləri də elə o zaman başlayıb.

“Mən Urumçi hava limanında idim, onlar məni üç uşağımdan ayırdılar, ağzımı lentlə bağlayıb, başıma torba keçirdilər. Əllərimi qandalladılar və saxlanma düşərgəsinə apardılar”, Mihrigül Dursun sabiq düşərgə məhbusu.​

BMT müsəlmanların bu saxlanma məntəqələrində dinlərini dəyişməyə məcbur edildiklərini bildirib. Çin rəsmiləri bunu inkar edir.

Mihrigül Çin rəsmilərinin onun casus olduğuna inandıqlarını və İslam dininindən dönmədiyi üçün işgəncələrə məruz qaldığını bildirir.

İşgəncələr zamanı artıq çox dözülməz olanda mən özümü saxlaya bilməyib, Ya Allah dedim, beləcə onlar bildilər”, Mihrigül Dursun sabiq düşərgə məhbusu..

Bu təkcə fiziki işgəncə deyil, həm də psixoloji işgəncə idi.

“Onlar mənə deyirdilər: dünən anan ölüb, atan da ölüb. Qardaşın və bacın həbsdədir. Sən heç hara gedə bilməzsən. Oğlunun boynu qırılmışdı, o öldü. Qızın xəstəxanadadır, bəlkə də orda ölür. Sən də tezliklə öləcəksən”, Mihrigül Dursun sabiq düşərgə məhbusu.

O öldüyü halda uşaqlarını nə gözlədiyini dərk edib, Çin rəsmilərinə uşaqlarının Misir vətəndaşı olduğunu və onlara zərər verildiyi halda bunun böyük diplomatik qalmaqala səbəb ola biləcəyini deyib.

Çin rəsmiləri Mihrigülün uşaqlarının vətəndaşlığını müəyyən etdikdən sonra onlar uşaqları ölkədən çıxarmaq istəyib. Lakin Misir səfirliyi uşaqların anaları ilə görüşməsinə israr edib. Mehrigül Misir rəsmiləri ilə görüşdüyü zaman özünün də Misir vətəndaşı olduğunu bildirib. Bu keçən il onun “yenidən tərbiyə düşərgəsi”ndən xilas olmağa və ABŞ-a gəlməyinə səbəb olub.

“Saxlanma məntəqəsində olduğum zaman orada azadlığa çıxdıqları zaman nə edəcəklərini düşünən edən bir çox qadın var idi. Mən özümə ölənədək onların səsi olacağıma söz verdim. Onların eşidiləcəyinə əmin olmalıyam”, Mihrigül Dursun sabiq düşərgə məhbusu.

Və o bunu edir. Mehrigül öz hekayəsini bölüşmək və Uyğur müsəlmanlarına dəstək qazanmaq üçün ABŞ millət vəkilləri ilə görüşüb.

videoya aşağıdakı linkdən baxa bilərsiz:

https://av.voanews.com/Videoroot/Pangeavideo/2019/02/c/c8/c869e250-777b-41d5-872c-f462234e2c12_mobile.mp4?download=1

 

 

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın