Bazar , Oktyabr 18 2026
azfa

İrqçi fars rejim Qaşqay türklərinin milli geyiminə qadağa qoyur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran irqçi fars rejimi Qaşqay türklərinin milli geyiminə qadağa qoyur.

Rejimin məmurları qaşqay müəllim və mədəni fəal İlham Təvəkküliniya milli geyiminə Şirazın “Hafiziyyə” bağına buraxılmayıb.

Özünün İnstagram səhifəsində həmin mədəni fəal bununla bağlı yazıb: “Gözətçilər mənə bu geyimlə bağa girməyimin qadağan olduğunu dedilər. Səbəbini soruşduqda geyimimin uyğun olmadığını bildirdilər. Onlardan türk milli geyimimə görə bağa girişimə mane olduqlarını soruşduqda hə cavabı verdilər”.

Bundan öncə iyun ayında isə həmin qaşqay fəal milli geyiminə görə Şiraz şəhərinin “Narincistan” parkına buraxılmamışdı.

Qeyd edək ki, Şiraz şəhərinin əhalisinin böyük bir qismini təşkil edən Qaşqay türklərinə bu şəhərdə öz milli geyimini qadağan etmək isə rasizimin son həddidir.

İlk öncə irqçi fars rejimin İngiltərənin nökəri kimi banisi olan Rza şah qaşqay papağına qadağa qoymuşdu. Müasir dövrdə isə irqçi fars rejim bu addımla faşit olduğunu bir daha sübut etdi.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …