İrqçi fars rejim türkmən jurnalist Aman Məhəmməd Xücəmlini yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin təhlükəsizlik qüvvələri türkmən jurnalist Aman Məhəmməd Xücəmlini yaxalayıb. 

Rejimin məmurları jurnalistin evində axtarış apardıqdan sonra onu Qünbəd Kavus prokurorluğuna aparıblar.

Türkmən jurnalistin Qonbəd Kavus bölgəsində yerləşən Hallı Axun kəndində öz evində yaxalandığı bildirilir. O şərlənərək “Yalan məlumat yaymaq” və “ictimai rəyi təşvişə salmaq”da ittiham olunub.

Jurnalist yaxalandıqdan sonra məhkəməyə aparılıb və 4-cü şöbənin hakimi iş yerində olmadığı üçün, onun nədə şübhəli bilindiyi 1-ci şöbənin rəisi tərəfindən açıqlanıb. O ailəsi və yaxınlarının israrı nəticəsində şənbə gününə qədər müvəqqəti olaraq zaminə buraxılıb.

Türkmən jurnalist Aman Məhəmmədin məqalələri türkmən nəşrləri, o cümlədən “Səhra” həftəlik dərgisində dərc olunur. Onun əslində rejimin saxta seçkilər keçirməsinə qarşı çıxdığı üçün yaxalandığı bildirilir.

Həmçinin yoxlayın

BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato Güney Azərbaycanla bağlı hesabat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May …

Molla rejimin qüvvələri azərbaycanlı xanım fəalın evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurları bu gün səhər saatlarında Təbrizdə …

Bir cavab yazın