Cümə axşamı , Dekabr 26 2024
azfa

İrqçi fars rejimi iqtisadi çöküşdən qurtarmağa yol axtarır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İrqçi fars rejimində müxtəlif orqanlar iqtisadi çöküşdən qurtarmağa yol axtarır . bu məqsədlə rejimin parlamenti irqçi fars rejiminin prezidenti Ruhaniyə öz iqtisadi komandasını dəyişməsini tələb edib.

Məclisdə bu istiqamətdə 187 deputat Ruhanidən Nazirlər Kabinetinin dəyişdirilməsini istəyib. Ruhaniyə məktub ünvanlayan deputatlar xalqın dolanışığının və iqtisadi durumunun ağır olmasını nəzərə alaraq iqtisadi komandanın dəyişdirilməsini tələb ediblər.

Məktubda deyilir:

“Biz bilirik ki, bu gün ölkə sanksiyalarla üzləşib və düşmənlər İslam Respublikasının əleyhinə iqtisadi müharibə təşkil ediblər. Lakin durumun bu vəziyyətə çatmasında hökumətin iqtisadi komandasının uğursuzluqları da rol oynayıb. Biz hökumətdə, xüsusilə iqtisadi komandada çalışan məsul şəxslərin son illər uyğunsuz işlərinin xalqın onlara etimadsızlığının artmasına səbəb olduğunu düşünürük.  Bu məsələ  hökumətin iqtisadi komandasını dəyişmək zərurətini  qaçılmaz edir”.

Qeyd edək ki,  Ruhaninin iqtisadi komandasına tənqidlər riyalın dəyərinin həddən artıq düşməsi və iqtisadi problemlərin artmasından sonra daha da çoxalıb. Prezident aparatının rəhbəri Mahmud Vaezi Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə bildirib ki, prezident  nazirlərdən xalqla təmas qurmalarını istəyib. Nazirlərin ictimaiyyət nümayəndələri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

 

Həmçinin yoxlayın

Azərbaycanın sərnişin təyyarəsini Rusiya vurub

GADTB: “İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Qroznı …

“Səttar xan” tamaşası Təbrizdə böyük coşqu ilə qarşılandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinin nökərləri İranşəhri qrupların “Səttar xan” tamaşasına …

Bir cavab yazın